İdman
"Sabah"ın futbolçusu dörd ildən sonra millisinə qayıda bilər - Foto
"Sabah"ın müdafiəçisi Akim Zedadka Əlcəzair milli komandasına qayıda bilər. Oxu.Az "La Gazette du Fennec" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı sağ cinah müdafiəçisi "Sabah"ın UEFA Çempionlar Liqasındakı çıxışı ilə Əlcəzair yığmasının baş məşqçisi Brahim Hemdaninin diqqətini çəkib. Futbolçu noyabrda Afrika Millətlər Kubokunun 2027-ci il seçmə mərhələsində Toqo ilə keçiriləcək oyunlar üçün heyətə dəvət oluna biləcək namizədlər sırasındadır. Qeyd edək ki, Akim Zedadka 2022-ci ildə Əlcəzair millisinin heyətində İranla yoldaşlıq oyununda meydana çıxıb. Bu onun milli komandada indiyədək yeganə matçı olub. Futbolçu 2025-ci ilin yayından "Sabah"da çıxış edir.
Mənbə
oxu.az