İdman
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizədlər "Liverpul"un hücumçusu Bredli Barkola, "Brügge"nin futbolçusu Niko Tresoldi, "Barselona"nın vingeri Lamin Yamal və "Bavariya"nın hücumçusu Hari Keyndir. Qalib UEFA-nın rəsmi saytında keçiriləcək azarkeş səsverməsinin nəticəsinə əsasən müəyyənləşəcək.
Mənbə
oxu.az