Siyasət
Şavkat Mirziyoyev: "Azərbaycanın AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik"
"Azərbaycanın nüfuzu dünyada artmaqdadır. Azərbaycanın AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib. Özbəkistan prezidenti deyib ki, bu gün dünyada baş verən münaqişələr bütün tərəflərin maraqları əsasında həllini tapmalıdır: "Ən qısa zamanda Yaxın Şərqdə sülhün bərqərar olmasını diləyirik. Çalışmalıyıq ki, siyasi fikir ayrılıqları silahlı qarşıdurmalara səbəb olmasın".
Mənbə
oxu.az