Dünya

ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizə üzrə yeni xüsusi səfir təyin edib

14 Oct 2026, 20:36 2 baxış
ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizə üzrə yeni xüsusi səfir təyin edib
Donald Tramp administrasiyası Barbara Tornhilli ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və monitorinq üzrə xüsusi tapşırıqlar üzrə səfiri təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns "X" sosial şəbəkəsində yazıb. Məlumata görə, Tornhill bu vəzifədə insan alverinin qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində beynəlxalq səyləri əlaqələndirəcək. Onun vəzifələrinə, həmçinin digər ölkələrin bu sahədəki siyasətinin qiymətləndirilməsi, xarici tərəfdaşlar və müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi daxil olacaq. Qeyd edək ki, Tornhillin namizədliyi mayın 11-də Senatın müzakirəsinə təqdim edilib. İyunun 25-də o, Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə iştirak edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər