Dünya

Erməni deputat Rusiyaya buraxılmadı

14 Oct 2026, 19:04 2 baxış
Erməni deputat Rusiyaya buraxılmadı
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatı Lusine Badalyan Rusiyaya buraxılmayıb. Oxu.Az xəbər verir ki, bu barədə deputat özünün sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, oktyabrın 14-də MDB Parlamentlərarası Assambleyasının (PA) Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa uçmağı planlaşdırırdı. "MDB PA-da parlament nümayəndə heyətinin üzvü kimi gündəliyinə 16 məsələnin daxil edildiyi iclasda iştirak etməli idim. Lakin Rusiyaya girişimin qadağan olunduğu əsas gətirilərək ölkəyə daxil olmağıma icazə verilmədi. Bunun hansı səbəbdən baş verdiyi isə məlum deyil", - deyə Badalyan vurğulayıb. Qeyd edək ki, Badalyan Rusiya telekanallarının Ermənistanda yayımlanmasına qarşı çıxaraq onları "milli təhlükəsizliyə təhdid" adlandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər