İdman

"Beşiktaş"ın heyətində vacib oyundan əvvəl ciddi itki - Foto

14 Oct 2026, 17:46 2 baxış
"Beşiktaş"ın heyətində vacib oyundan əvvəl ciddi itki - Foto
Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasının II turunda "Hoffenhaym"la matçöncəsi ciddi itki ilə üzləşib. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmi məlumatına görə, serbiyalı hücumçu Duşan Vlahoviç mədəsində yaranan viral qastroenterit diaqnozu ilə müalicə aldığı üçün Almaniya klubu ilə qarşılaşmanın heyətinə daxil edilməyib. 26 yaşlı futbolçu oktyabrın 15-də keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, "Hoffenhaym" - "Beşiktaş" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Beşiktaş"ın heyətində vacib oyundan əvvəl ciddi itki - Foto "Beşiktaş"ın heyətində vacib oyundan əvvəl ciddi itki - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər