İdman

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

14 Oct 2026, 16:34 2 baxış
"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində Türkiyə təmsilçisi "Fənərbağça" klubu İngiltərədə "Aston Villa" klubunun qonağı olacaq. Azərbaycanda azarkeşlər "Aston Villa" - "Fənərbağça" oyununu Bakı vaxtı ilə saat 23:00-dan etibarən "CBC Sport" TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmasında isə "Mançester Siti" İngiltərədə Fransanın PSJ klubu ilə qarşılaşacaq. Azarkeşlər "Mançester Siti" - PSJ oyununu Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası II tur 14 oktyabr 23:00, "Aston Villa" - "Fənərbağça" ("CBC Sport" TV); 23:00, "Mançester Siti" - PSJ (İctimai TV).
Mənbə oxu.az

Oxşar Xəbərlər