Digər

Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb

14 Oct 2026, 16:08 3 baxış
Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb
"Химический завод "Луч" İstehsalat Kooperativi "ЛУЧ" əmtəə nişanı altında uşaqların yaradıcılığı və təhsili üçün nəzərdə tutulan məhsulların istehsalı üzrə ixtisaslaşır. Şirkətin məhsul çeşidinə akvarel və quaş boyaları, rəngli karandaşlar, plastilin, kley-karandaşlar və digər dəftərxana ləvazimatları daxildir. Bu məhsullar əsasən uşaqlar üçün nəzərdə tutulur və ev şəraitində, uşaq bağçalarında və məktəblərdə geniş istifadə olunur. Azərbaycanda "ЛУЧ" əmtəə nişanından qanunsuz istifadə edən və orijinal məhsullara bənzər saxta məhsullar aşkar edilib. Mövcud məlumatlara görə, bu məhsullar Çində istehsal olunur və Azərbaycana gətirilərək yerli bazarda satışa çıxarılır. Məhsulların xarici görünüşcə orijinal məhsullara bənzəməsi istehlakçılarda onların istehsalçısı və mənşəyi barədə yanlış təsəvvür yarada bilər. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, söhbət uşaqlar üçün nəzərdə tutulan məhsullardan gedir. Boyalar, plastilin və kley-karandaşlar uşaqların gündəlik fəaliyyətində mütəmadi istifadə olunur və dəri və selikli qişalarla birbaşa təmasda olur. Saxta məhsulların tərkibi məlum olmadığından və təhlükəsizliyi təsdiqlənmədiyindən, onların dəri qıcıqlanmasına, allergik reaksiyalara və uşaqların sağlamlığına digər mənfi təsirlərə səbəb olması riskini artırır. Bundan əlavə, orijinal məhsulların qablaşdırmasına bənzər görünüş valideynlərin və müəllimlərin saxta məhsulları fərqləndirməsini çətinləşdirə və onların mümkün riskləri vaxtında müəyyən etməsinə mane ola bilər. Orijinal və saxta məhsulların müqayisəsi zamanı qablaşdırma üzərindəki çap və təsvirlərin keyfiyyətində, etiketlərin tərtibatında, markalanmada, komplektasiyada, eləcə də məhsulların özlərinin xarici görünüşündə fərqlər aşkar edilmişdir. Bu baxımdan, saxta məhsulların və qablaşdırmanın keyfiyyətinə, həmçinin onların "ЛУЧ" brendinin orijinal məhsul çeşidinə uyğunluğuna xüsusi diqqət yetirilməsi tövsiyə olunur. "ЛУЧ" brendinin Azərbaycandakı rəsmi distribütoru yerli bazara orijinal məhsulların çatdırılmasını həyata keçirən "PROF-PRESS" MMC şirkətidir. Şirkət AZ1063, Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Abşeron" ticarət mərkəzi, 1-ci sıra, 20-ci korpus, 17-ci mağaza ünvanında yerləşir. Şirkətin direktoru Rəşad İbrahimovdur. Brenddən qanunsuz istifadənin qarşısının alınması və şübhəli məhsulların ölkəyə idxalına nəzarətin gücləndirilməsi məqsədilə "ЛУЧ" əmtəə nişanı 27 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Obyektlərinin Gömrük Reyestrinə daxil edilmişdir. Bu, əmtəə nişanı sahibinin hüquqlarının qorunması üçün əlavə imkanlar yaradır və əmtəə nişanı üzrə hüquqları poza biləcək məhsullar aşkar edildikdə gömrük orqanlarına qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görməyə imkan verir. Əmtəə nişanının hüquq sahibi "ЛУЧ" əmtəə nişanından qanunsuz istifadənin, habelə saxta məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalının və satışının qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər görəcəkdir. Saxta məhsulların satışını həyata keçirən və ya bu fəaliyyəti davam etdirən şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş inzibati və mülki-hüquqi tədbirlərin görülməsi, o cümlədən hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət edilməsi nəzərdə tutulur. Gömrük orqanlarının əməkdaşları tərəfindən malların idxalı zamanı onların saxta olması əlamətləri aşkar edildikdə, həmin mallar sərhəddə saxlanıla bilər. Bundan sonra əmtəə nişanının hüquq sahibi saxlanılmış saxta məhsullara münasibətdə təminat tədbirlərinin tətbiqi və həmin məhsulların məhv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmənin müvafiq qərarı əsasında saxta məhsullar məhv edilməlidir. Saxta malların gömrük anbarında saxlanılması və onların məhv edilməsi ilə bağlı xərclər isə tətbiq olunan qanunvericiliyə uyğun olaraq hüquq pozuntusunu törətmiş şəxsin üzərinə qoyulur Beləliklə, "ЛУЧ" brendi altında saxta məhsullarla mübarizə həm istehsalçının əqli mülkiyyət hüquqlarının qorunmasına, həm də istehlakçıların aldadılmasının qarşısının alınmasına xidmət edir. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan yaradıcılıq məhsullarına münasibətdə məhsulların mənşəyi barədə düzgün məlumatın təmin edilməsi, istehlakçı etimadının qorunması və uşaqların sağlamlığı və təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir. "Химический завод "Луч" İstehsalat Kooperativinin əqli mülkiyyət hüquqları ilə bağlı məsələlər üzrə hüquqi nümayəndəsi "LSM Lucksem" şirkətidir. Şirkəti bu məsələlərdə onun baş direktoru Sevinc Zeynallı təmsil edir.



Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb Azərbaycanda "ЛУЧ" brendinin qorunması üzrə tədbirlərə başlanılıb
Mənbə oxu.az

Oxşar Xəbərlər