İdman
Pedri İstanbuldakı atmosferə heyran qaldı: "Uğultudan qulaqlarımız ağrıyır"
UEFA Çempionlar Liqasında (ÇL) "Barselona"nın 4:1 hesabı ilə "Qalatasaray"a qalib gəldiyi matçda diqqət çəkən futbolçulardan olan Pedri yenidən "Rams Park"dakı ab-havaya valeh olub. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, hələ 2022-ci ildəki qarşılaşmadan sonra İstanbul təmsilçisinin stadionundakı atmosferi tərifləyən ispan ulduz, ötən gün baş tutan oyundan sonra da fikirlərini bölüşüb: "Qalatasaray"ın arenası bu günə qədər şahidi olduğum ən möhtəşəm ab-havaya malikdir. Hissələr arasındakı fasilədə uğultudan qulaqlarımız ağrıyır. Tam səmimi deyirəm, bura ən yaxşı stadiondur. "Qalatasaray" fanatları isə sadəcə mükəmməldirlər".
Mənbə
oxu.az