Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında yeni premyera: "Pullu komediya"

14 Oct 2026, 12:40 2 baxış
Gənc Tamaşaçılar Teatrında yeni premyera: "Pullu komediya"
Oktyabrın 24-də saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Pullu komediya" tamaşasının premyerası keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı məlumat yayıb. Qeyd olunub ki, səhnə əsəri fransız dramaturqu Klod Manyenin "Oskar" pyesi əsasında, Xanım Aydının təbdili ilə hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti isə Nəsibə Canəliyevadır. Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva, Nəsibə Eldarova, həmçinin Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov və Venera Abbasova rol alıblar. Bakıda sabun fabriki sahibkarının ətrafında cərəyan edən hadisələri əks etdirən tamaşa dinamik süjet xətti və bir-birini əvəzləyən komik situasiyalarla diqqət çəkir. Evlənmək və böyük sərvət qazanmaq istəyən Mənfəətin qarşılaşdığı gözlənilməz hadisələr onu və digər qəhrəmanları gülünc vəziyyətlərə salır. Hadisələrin gedişində yaranan qarışıqlıqlar və taleyin gözlənilməz oyunları tamaşaçılara əyləncəli anlar vəd edir. Bütün bu hadisələrin sonunda isə məhəbbət qalib gəlir.
Gənc Tamaşaçılar Teatrında yeni premyera: "Pullu komediya" Gənc Tamaşaçılar Teatrında yeni premyera: "Pullu komediya"
Mənbə oxu.az

Oxşar Xəbərlər