Dünya

"Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto

14 Oct 2026, 10:46 3 baxış
"Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto
"Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" (Wildlife Photographer of the Year 2026) beynəlxalq müsabiqəsinin münsiflər heyəti yarışmanın qaliblərinin adlarını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə naked-science.ru saytı məlumat yayıb. Müsabiqənin mütləq qalibi, dişi filin ölmüş balası ilə birlikdə şəklini çəkən fotoqraf oldu. İtaliyalı Federiko Veronezi Namibiyadakı Xuab çayı vadisində filləri izləyərkən qurumuş çay yatağının qumundakı qeyri-adi sürünmə izlərinə diqqət yetirib. O, fil sürüsünə çatdıqda bunun səbəbi aydınlaşıb. Sürüdə balasını daşıyan dişi fil olub: balanın ayağı anasının xortumu və dişi arasında ilişib qalıb. Asiya və Afrika fillərində ölümlə bağlı müxtəlif davranışlar müşahidə edilir: onlar xüsusi səslər çıxarır, öz növlərindən olan ölmüş fərdlərin cəsədlərini qoruyur, sümükləri nəzərdən keçirib onlara toxunur və bəzən ölülərin qalıqlarını daşıyırlar. Bəzi tədqiqatçıların fikrincə, bu cür davranış fillərin ölüm faktını tədricən dərk etdiyini göstərə bilər. Digər mütəxəssislər isə bu addımları kədərin mümkün ifadəsi kimi qiymətləndirirlər.
"Davranış: məməlilər" nominasiyasının qalibi və "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin baş mükafatçısı / Federico Veronesi / Wildlife Photographer of the Year
Cənubi Afrikada bataqlıq bitkiləri arasında iki balinabaş leylək (Başmaq dimdikli leylək). "Davranış: quşlar" nominasiyasının qalibi / Isak Pretorius / Wildlife Photographer of the Year
Uzun ekspozisiya sayəsində ağacların hələ də payız yarpaqları ilə örtüldüyü təəssüratı yaranır. "Təbiət incəsənəti" nominasiyasının qalibi / Michal Michalski / Wildlife Photographer of the Year
Pöyrə böcəyi öz qiymətli yükünü itələyir. "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" gənclər müsabiqəsinin qalibi / Oscar Whitfield / Wildlife Photographer of the Year
Ebbott murena balıqlarının cütləşmə rituallarını əks etdirən tarixdə ilk fotoşəkil. "Sualtı aləm" nominasiyasının qalibi / Tony Wu / Wildlife Photographer of the Year
"Xəbərdarlıq nişanı". Fotoda Argentinanın Pataqoniya bölgəsinin sərt, küləkli hava şəraitində görünən mənzərəsində ölmüş puma əks olunub. "Fotojurnalistika" nominasiyasının qalibi / Francisco Negroni / Wildlife Photographer of the Year
Əqrəb Tar səhrasının hərəkətli qum təpələrindən birinə girir. "Davranış: onurğasızlar" nominasiyasının qalibi / Sitaram Raul / Wildlife Photographer of the Year
Gənc erkək fil Keniyanın Çulu təpələrində toplaşan zebr sürüsünün üzərinə su sıçradır. "Heyvanlar öz yaşayış mühitində" nominasiyasının qalibi /James Lewin / Wildlife Photographer of the Year
Ultrabənövşəyi işıq çürüyən oduncaq üzərində bitən gözəl göbələklərin parıldayan sarı gövdələrinə saçır. "Bitkilər və göbələklər" nominasiyasının qalibi /Agorastos Papatsanis / Wildlife Photographer of the Year
Kaliforniya tritonu qabaq pəncələri ilə sualtı bitkilərdən tutaraq kürü tökür. Bitkilərin üzərində artıq başqa bir tritonun kürüsü də var. "Davranış: amfibilər və sürünənlər" nominasiyasının qalibi / Anton Sorokin / Wildlife Photographer of the Year Qeyd edək ki, "Wildlife Photographer of the Year" müsabiqəsinin 62-ci sərgisi 2026-cı il oktyabrın 16-da Londondakı Təbiət Tarixi Muzeyində açılacaq və 11 iyul 2027-ci il bazar gününə qədər davam edəcək. Daha sonra ekspozisiya milyonlarla insanı təbiəti qiymətləndirməyə və qorumağa həvəsləndirmək məqsədilə Böyük Britaniya və digər ölkələr üzrə tura çıxacaq.
"Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto "Vəhşi təbiət üzrə ilin fotoqrafı - 2026" müsabiqəsinin qalibləri Açıqlandı – Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər