Dünya
Amerikalı fermer dünyanın ən ağır balqabağını yetişdirdi
ABŞ-nin Rod-Aylend ştatının Qrin şəhərindən olan fermer Ron Uolles yerli müsabiqədə dünya rekorduna iddialı nəhəng balqabaq təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Fermerin yetişdirdiyi balqabağın çəkisi 1 432 kiloqramdır. Bu göstərici ayın əvvəlində İngiltərədə qeydə alınmış rekorddan 136 kiloqram çoxdur. Qələbəyə görə fermer 3 500 dollar məbləğində pul mükafatı alıb. Hazırda amerikalı fermer yetişdirdiyi nəhəng balqabağın nailiyyətinin "Ginnesin Rekordlar Kitabı" tərəfindən rəsmən tanınmasını gözləyir.
Mənbə
oxu.az