Dünya

Marsda yeni rekord: "Perseverance" "Opportunity"ni geridə qoydu - Video

14 Oct 2026, 05:00 2 baxış
Marsda yeni rekord: "Perseverance" "Opportunity"ni geridə qoydu - Video
"Perseverance" marsoxodu 45.22 km məsafə qət edərək başqa bir səma cisminin səthində nəqliyyat vasitəsi ilə qət edilən məsafə üzrə rekord müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Rekord missiyanın 2006-cı Mars günü - oktyabrın 11-də qeydə alınıb. Əvvəlki rekord "Opportunity" marsoxoduna məxsus olub. O, ümumilikdə 45.16 km məsafə qət edib. "Perseverance" yolun 90%-dən çoxunu "AutoNav" avtonom naviqasiya sisteminin köməyi ilə keçib. Hərəkət zamanı aparat ərazinin şəkillərini çəkir, maneələrin üçölçülü xəritəsini hazırlayır və Yer üzündəki mütəxəssislərin müəyyənləşdirdiyi nöqtələr arasında marşrut seçir. Bu sistem marsoxoda bir Mars günü ərzində 412 metrədək məsafə qət etməyə imkan verir. Hazırda aparat Ezero kraterinin qərb kənarı yaxınlığındakı əraziyə doğru hərəkət edir. Tədqiqatçılar orada qədim hidrotermal sistemlərin izlərini aşkar etməyə ümid edirlər. NASA missiyanın müddətini təxminən 2028-ci ilin sonunadək uzadıb. Komandanın qiymətləndirməsinə görə, marsoxodun hərəkət mexanizmləri işlək vəziyyətdə olduğundan aparat məsafə rekordunu artırmağa davam edə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər