Dünya

Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto

14 Oct 2026, 05:28 2 baxış
Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto
1962-ci ildə istehsal olunmuş nadir "Maserati 5000 GT" avtomobilinin orijinallığı rəsmi şəkildə təsdiqlənib. Avtomobil 30 ildən çox müddət ərzində Misirdə müsadirə olunmuş vəziyyətdə saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Motor1" nəşri məlumat yayıb. "Maserati" şirkəti avtomobilə "Classiche" orijinallıq sertifikatı verib.
"5000 GT" modeli İran şahının təşəbbüsü ilə yaradılıb. Şah "Maserati 3500 GT" avtomobilindən istifadə edirdi və daha dəbdəbəli model istəyirdi. "Maserati"nin texniki direktoru Culio Alfieri yarış avtomobili "Maserati 450S"dən götürülmüş, həcmi 5 litr olan V8 mühərriklə təchiz edilən AM103 layihəsini hazırlayıb. Mühərrikin gücü 350 at qüvvəsindən çox olub. İlk üç avtomobil "Carrozzeria Touring" atelyesində hazırlanıb. Sonradan bu platforma əsasında "Allemano", "Pininfarina", "Monterosa", "Ghia" və "Frua" şirkətləri də kuzovlar hazırlayıblar. 1959-cu ildən 1960-cı illərin ortalarınadək ümumilikdə 34 belə avtomobil istehsal edilib.
İtalyan dizayner Pyetro Frua 1962-ci ildə bu modelin üç nümunəsini hazırlayıb. Onlardan birincisinin şassi nömrəsi 103 064 olub. Avtomobil "Luci di Mezzanotte" rəngli kuzova və "Camoscio" rəngli salona malik idi. Kuzovun daha alçaq bel xətti və geniş şüşələri avtomobilə "Touring" və "Allemano" versiyaları ilə müqayisədə daha dinamik görünüş verirdi.
Zavod sınaqlarından sonra avtomobil 1963-cü ildə Cenevrə avtosalonunda nümayiş etdirilib. Sərgi zamanı onun sükanı arxasına IV Kərim Ağa Xan keçib. Daha sonra o, Fruadan özü üçün də "5000 GT" sifariş edib. 1963-cü ilin sonunda prototip Modenaya qaytarılıb və Romadan olan bir şəxsin mülkiyyətinə keçib. Həmin şəxs 1966-cı ilin yanvarında avtomobili daha yeni "Maserati" modeli ilə dəyişib. Zavod isə növbəti alıcının - Səudiyyə şahzadəsi Məcid bin Səudun istəyinə uyğun olaraq avtomobilin kuzovunu "Rosso Rubino Chiaro" rənginə boyayıb. Şahzadə avtomobili atası, Səudiyyə Ərəbistanının kralı Səud bin Əbdüləziz Al Səuda hədiyyə edib. 1967-ci ildə, Altıgünlük müharibədən və kralın Misiri tərk etməsindən sonra yerli hakimiyyət orqanları avtomobili müsadirə ediblər. Avtomobil Qahirədəki anbarda 30 ildən çox qalıb.
2000-ci ildə avtomobil yenidən üzə çıxıb. Həmin vaxt onun yürüşü təxminən 12 700 kilometr olub və əsas aqreqatları qorunub saxlanılıb. Texasdan olan kolleksiyaçı avtomobili alaraq Modenaya göndərib. Dörd il davam edən bərpa işlərindən sonra avtomobil 2004-cü ildə "Concorso d"Eleganza Villa d"Este" zəriflik müsabiqəsində nümayiş etdirilib.
Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto Səudiyyə kralına hədiyyə edilən nadir "Maserati"nin orijinallığı təsdiqlənib - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər