Dünya
ABŞ-də pilot səmada "Qışqırıq" rəsmini çəkib - Foto
ABŞ-də "Cessna Skylane RG" təyyarəsinin pilotu qeyri-adi yaradıcılığı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb. Oxu.Az bildirir ki, bu barədə "Flightradar24" xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Pilot altı saat davam edən uçuş zamanı Missuri ştatının səmasında Edvard Munkun dünyaca məşhur "Qışqırıq" əsərinin təsvirini uçuş trayektoriyası ilə yaradıb. Daha sonra o, Arkanzas ştatının Bentonvill şəhərinə qayıdıb. "Flightradar24" saytındakı uçuş tarixçəsinə əsasən, pilot mütəmadi olaraq Missuri, Arkanzas, Kanzas və Oklahoma ştatlarının üzərində uçuşlar həyata keçirərək müxtəlif məşhur incəsənət əsərlərinin və kult filmlərdən tanınan səhnələrin təsvirlərini səmada yaradır. Məsələn, o, uçuşlarının birində "Ruh ovçuları" filminin süjetini səmada təsvir edib. Sentyabrın sonunda isə həmin pilot Arkanzas və Oklahoma ştatlarının sərhədi üzərində üç saat yarım ərzində "Mona Liza" portretini çəkib.

Mənbə
oxu.az