Dünya

Pakistan yeni hipersəsli ballistik raketini sınaqdan keçirdi - Video

14 Oct 2026, 01:12 3 baxış
Pakistan yeni hipersəsli ballistik raketini sınaqdan keçirdi - Video
Pakistan ordusu uçuş məsafəsi artırılmış "Fatah-2 ER" hipersəsli ballistik raketini uğurla sınaqdan keçirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

"Unikal uçuş trayektoriyası və manevr qabiliyyəti sayəsində raket hədəfləri yüksək dəqiqliklə vura və düşmənin raket əleyhinə müdafiə sistemlərini dəf edə bilir. "Fatah-2 ER" Pakistan ordusunun imkanlarını daha da genişləndirəcək", - deyə məlumatda bildirilib. Oktyabrın 6-da Pakistan Silahlı Qüvvələri "Fatah-4" yüksək dəqiqlikli qanadlı raketini də sınaqdan keçirib. "Fatah" raketlərinin 120 və 750 kilometr uçuş məsafəsinə malik modifikasiyalarının əvvəlki sınaqları isə 2025-ci ilin may və sentyabr aylarında keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər