Dünya
"OpenAI" ofisində gizli qurğu tapıldı: Əməkdaş saxlanıldı
ABŞ Federal Təhqiqat Bürosu (FTB) "OpenAI" şirkətinin ofislərindən birində gizli səsyazma qurğusu quraşdırmaqda şübhəli bilinən şirkət əməkdaşını saxlayıb. Oxu.Az xəbər verir ki, şirkət hadisə ilə bağlı məlumatı "X" sosial şəbəkəsində yayıb. Məlumata görə, "OpenAI" ofislərindən birində gizlədilmiş yüksək texnologiyalı səsyazma qurğusu aşkarlayıb. Şirkət öz modellərinin köməyi ilə qurğunu araşdırıb, onun mənşəyini müəyyənləşdirib və cihazın bir neçə gün əvvəl əməkdaşlarından biri tərəfindən quraşdırıldığını üzə çıxarıb. Şirkət hadisə ilə bağlı materialları FTB-yə təqdim edib. Həmçinin şübhəlinin qısa müddətdə saxlanılmasına görə agentlərə və prokurorlara təşəkkür edib. FTB-nin araşdırması davam edir.
Mənbə
oxu.az