Dünya

KİV: ABŞ və İsrail seçkidən əvvəl İrana qarşı müharibəni bərpa edə bilər

14 Oct 2026, 01:48 3 baxış
KİV: ABŞ və İsrail seçkidən əvvəl İrana qarşı müharibəni bərpa edə bilər
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını müzakirə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ və İsrail silahlı qüvvələri oktyabrın 27-də İsraildə keçiriləcək parlament seçkisindən və noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkidən əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırlaşırlar. Portalın məlumatına əsasən, Tramp və Netanyahu ötən həftə ABŞ və İsraildəki seçkidən əvvəl İrana qarşı yeni genişmiqyaslı əməliyyata başlamaq imkanını müzakirə ediblər. Bu müzakirə Trampın oktyabrın 8-də ABŞ Konqresinə keçiriləcək seçkiyədək İrana zərbələr endirməyəcəyini bildirməsindən əvvəl baş tutub. "Axios" vurğulayır ki, Tramp mövqeyini dəyişəcəyi təqdirdə, ABŞ və İsrail silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində qalır və əməliyyatların bərpası üçün hazırlıqları tamamlayırlar. Portalın mənbələrinin sözlərinə görə, Tramp və Netanyahu İrana qarşı birgə hərbi əməliyyat keçirmək, bu çərçivədə ölkənin hərbi və nüvə obyektlərinə zərbələr endirmək ehtimalını da müzakirə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər