Digər

Ukrayna hərbi sahəyə əlavə 1,33 milyard dollar ayırdı

14 Oct 2026, 01:05 2 baxış
Ukrayna hərbi sahəyə əlavə 1,33 milyard dollar ayırdı

Ukrayna hökuməti hərbi məqsədlər üçün əlavə 1,33 milyard dollar ayırıb.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.


“Bu məbləğin 965 milyon dollardan çoxu hərbçilərə və onların ailələrinə dəstək üçün xərclənəcək. Digər 368 milyon dollardan çox isə sursat, dron, elektron müharibə və rabitə avadanlıqlarının alınmasına, eləcə də avadanlıqların təmiri və modernləşdirilməsinə xərclənəcək”, - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər