Digər
Kiyevdə 9 mərtəbəli bina raketlə vuruldu
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə növbəti ballistik raket hücumu həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
"13 oktyabr saat 22:40 radələrində düşmən Ukrayna paytaxtına ballistik raket hücumu həyata keçirib. Vəziyyət dünənkinə bənzəyir - düşmən ərazisindən atışlarla bağlı tərəfdaşlardan heç bir məlumat alınmayıb. Səbəbləri müəyyən edilir", - deyə HHQ qeyd edib.
Kiyev meri Vitali Kliçko bildirib ki, raket Desnyanski rayonunda doqquzmərtəbəli binaya raket düşüb. Hadisə yerində yanğın baş verib.
Mənbə
axar.az