Digər
Albaniya 2030-cu ilədək AB-yə qoşula bilər
Albaniya danışıqların və islahatların hazırkı tempini qorusa, üzv dövlətlər genişlənməni dəstəkləməyə davam etsə, ölkə 2030-cu ilə qədər Avropa Birliyinə (AB) qoşula bilər.
Axar.az xəbər verir ki, bu barədə AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.
Kos qeyd edib ki, Albaniya bu il Avropaya inteqrasiyada ən əhəmiyyətli irəliləyiş nümayiş etdirən ölkələrdən biridir və 2027-ci ilin sonuna qədər bütün danışıqlar fəsillərini bağlamaqla bağlı iddialı məqsədi var. Avropa Komissiyası bu məqsədi dəstəkləyir.
Mənbə
axar.az