Cəmiyyət

Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq

13 Oct 2026, 22:12 5 baxış
Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq
Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, oktyabrın 14-də saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Binəqədi rayonunda isə Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-də saat 08:00-dan hərəkət qismən, oktyabrın 16-da saat 23:00-dan isə tam məhdudlaşdırılacaq. Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq
Mənbə oxu.az

Oxşar Xəbərlər