İdman

"Sabah" bizdən üstün idi - Trpişovski

13 Oct 2026, 23:21 3 baxış
"Sabah" bizdən üstün idi - Trpişovski

"Slaviya" "Sabah"la oyunda mənasız qollar buraxıb.


Axar.az xəbər verir ki, bunu Çexiya təmsilçisi "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.


"İlk hissədə səhvlərə yol verdik. Baxmayaraq ki, fasiləyə qədər hesab açılmamışdı. Təbii ki, məğlubiyyətin səbəbləri çoxdur. Düşünürəm ki, bu cür matçlarda səhvlərə yol verməməliyik. Hər iki qolda xətalara yol verdik. Sözün açığı, mənasız qollar buraxdıq. Hətta, bizim özümüzün iki qol vurmaq üçün real şanslarımız var idi. Təəssüf ki, bu baş vermədi. Rəqib komanda bizə təzyiq göstərirdi və biz top itkilərinə yol verirdik. Lakin ikinci hissədə "Sabah" üstünlüyü ələ aldı. Onlar orta xətdə bizdən üstün idilər. Futbolçularımız məğlubiyyətə görə üzgündürlər", - baş məşqçi bildirib.


Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan "Sabah" - "Slaviya" oyunu Azərbaycan çempionunun 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər