İdman

Valdas Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"

13 Oct 2026, 23:36 4 baxış
Valdas Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
"Biz oyuna yaxşı təzyiqlə başladıq". Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın "Slaviya Praqa" komandasına qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib. O bildirib ki, rəqibi yaxşı təhlil etmişdilər: "İlk dəqiqələrdən topa nəzarət etməyə başladıq. Çünki rəqibi təhlil etmiş, onların ən çox hansı zonalarda boşluqlar verdiyini öyrənmişdik. Rəqib də hər an qol vurmağa hazır olan komandadır. Biz adətən belə oyunlarda ənənəvi müdafiə xəttimizdən fərqli üslubda müdafiə olunuruq. Oyunun müəyyən anlarında bəxtimiz gətirdi və rəqib qol vura bilmədi. Oyunçularımın xarakter nümayiş etdirməsindən razı qaldım. İlk ev oyunumuzda ilk qələbəmizi qazanmağımız möhtəşəm nəticədir". Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Slaviya Praqa" matçı Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər