Dünya

Rusiyada yaponiyalı jurnalist saxlanıldı: Nədə şübhəli bilinir? - Foto/Video

13 Oct 2026, 23:00 6 baxış
Rusiyada yaponiyalı jurnalist saxlanıldı: Nədə şübhəli bilinir? - Foto/Video
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yujno-Saxalinsk şəhərində Yaponiyanın "Hokkaido Shimbun" qəzetinin müxbirini casusluq şübhəsi ilə saxlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. "Hokkaido Shimbun" qəzetinin əməkdaşının Kuril adalarının sakinləri arasından Rusiyanın "xüsusi hərbi əməliyyatında" iştirak edən şəxslərin sayı barədə məlumat topladığı bildirilir. Bu, Rusiya FTX-nin yayımladığı videoda əks olunub.

Kadrlarda jurnalistin saxlanılması, evində axtarış aparılması və dindirilməsi göstərilir. Həmçinin onun Moskvaya aparılması da əks olunub. FTX-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin akkreditasiyasından keçmiş "Hokkaido Shimbun" qəzetinin yerli bürosunun müxbirinin Yaponiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməkdə şübhəli bilinən qanunsuz fəaliyyətinin qarşısı alınıb.
FTX vurğulayıb ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Yaponiya vətəndaşı olan həmin şəxsin ölkəsinin kəşfiyyat orqanlarının tapşırığı ilə Rusiyanın müdafiə qabiliyyətinə aid məlumatları topladığı və saxladığı müəyyən edilib. İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, əcnəbi Saxalin vilayətindən Rusiyanı tərk etməzdən əvvəl saxlanılıb, daha sonra Moskvaya aparılıb. "Rusiya FTX-nin İstintaq İdarəsi Yaponiya vətəndaşına qarşı Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə cinayət işi açıb. Moskva şəhərinin Lefortovo Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir", - deyə FTX-dən bildirilib.
Rusiyada yaponiyalı jurnalist saxlanıldı: Nədə şübhəli bilinir? - Foto/Video Rusiyada yaponiyalı jurnalist saxlanıldı: Nədə şübhəli bilinir? - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər