Digər

"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında 29,6% artıb

13 Oct 2026, 16:56 5 baxış
"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında 29,6% artıb
Ölkənin birinci bankı "Kapital Bank" 2026-cı ilin III rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.4% yüksəlib və 13 milyard 919 milyon 541 min manata çatıb. 2026-cı ilin ilk doqquz ayında bankın cəmi gəlirləri 12.8% artaraq 1 milyard 510 milyon 119 min manat təşkil edib. Artım həm faiz, həm də qeyri-faiz gəlirləri hesabına formalaşıb. Belə ki, faiz gəlirləri 12.8% artaraq 986 milyon 294 min manat, qeyri-faiz gəlirləri isə 13% artaraq 523 milyon 825 min manat olub. Bankın xalis mənfəətində isə 29.6% artım qeydə alınıb və 297 milyon 4 min manat olub. Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 229 milyon 129 min manat təşkil edib. "Kapital Bank"ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 17.7% artaraq 6 milyard 391 milyon 310 min manata yüksəlib. Artım əsasən biznes və istehlak kreditləri hesabına təmin edilib. Belə ki, biznes kreditləri 33.1% artaraq 2 milyard 266 milyon 953 min manata, istehlak kreditləri isə 12.9% artaraq 3 milyard 536 milyon 895 min manata çatıb. Bankın depozit portfeli 18.9% artaraq 10 milyard 305 milyon 862 min manat təşkil edib. Bu dövrdə fiziki şəxslərin depozitləri 32.4% artaraq 4 milyard 95 milyon 139 min manata, hüquqi şəxslərin depozitləri isə 11.3% artaraq 6 milyard 210 milyon 723 min manata yüksəlib. 2026-cı ilin III rübünün sonuna bankın məcmu kapitalı 12.4% artaraq 1 milyard 221 milyon 237 min manata çatıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1 milyard 86 milyon 332 min manat təşkil edib. Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, "196" əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və "Birbank" kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər