İqtisadi müharibə daha vacibdir - Qalibaf
Hazırda İran üçün sanksiyalar və iqtisadi təzyiqlərə qarşı mübarizə silahlı qarşıdurmadan daha vacib bir vəzifədir.
Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“Bu gün iqtisadi müharibə hərbi qarşıdurmadan və ya kiber müharibədən daha vacibdir. İqtisadi təzyiq İrana qarşı müharibənin əsas istiqamətidir və ölkə hakimiyyətinin başlıca vəzifəsi düzgün qərarlar qəbul etmək və sabit dövlət idarəçiliyini təmin etməkdir. Tehran keçmiş hadisələri diqqətlə təhlil edir, hökumət və parlament isə vəziyyətin öhdəsindən gəlməyə çalışır. Hazırda İran xalqının və silahlı qüvvələrinin rifahı bütün qərarların qəbul edilməsində ən vacib prioritetdir. Dövlət müharibənin və İrana qarşı tətbiq olunan sanksiyaların təsirindən əhalinin normal həyat şəraitinin mümkün qədər az zərər görməsini təmin etməlidir”, - o bildirib.