Siyasət

İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto

13 Oct 2026, 17:51 2 baxış
İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto
13 oktyabrda Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub. Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Gündəlikdə olan məsələlər ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər, təkliflərini bildiriblər. Sonra cari məsələlər ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib. İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
{{gallery}}
İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər