Kriminal
Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu
Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş verib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1975-ci il təvəllüdlü Mehriban Abdullayevanı bıçaqlamaqda şübhəli bilinən oğlu K.Abdullayev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Bakıda qadın bıçaqlanıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Məlumata görə, o, evində oğlu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az