Kriminal
Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video
Gəncədə ailə münaqişəsi zəminində baş verən cinayətlə bağlı təfərrüat məlum olub. Oxu.Az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, 36 yaşlı oğlunu bıçaqlayan Osman Həsənov münaqişə zamanı qardaşı Afiq Həsənovu da yaralayıb. Qonşuların sözlərinə görə, ailə təxminən bir il əvvəl əraziyə köçüb. Onlar ailə üzvləri arasında əvvəllər hər hansı mübahisə və ya səs-küyün şahidi olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Royal Həsənov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə
oxu.az