Dünya

Paşinyan: "Diqqət sülh sazişinin imzalanması və ratifikasiyasına yönəldilməlidir"

13 Oct 2026, 10:56 1 baxış
Paşinyan: "Diqqət sülh sazişinin imzalanması və ratifikasiyasına yönəldilməlidir"
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesabında paylaşım edib. Oxu.Az xəbər verir ki, nazir "Facebook" hesabında yayımladığı paylaşımına belə bir qeyd əlavə edib: "Sülh müqaviləsini imzalamaq və ratifikasiya etmək". Baş nazirin sözlərinə görə, yaxın gələcəkdə əsas diqqət Azərbaycanla razılaşdırılmış sülh sazişinin imzalanması və təsdiqlənməsi prosesinə yönəldilməlidir. "Bu baş verdiyi zaman, Ermənistan dövlətçiliyinin möhkəmliyinin təməl daşını qoyduğumuzu bəyan edə biləcəyik", - deyə Paşinyan vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər