Cəmiyyət

Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto

13 Oct 2026, 10:53 1 baxış
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və daxili iş proseslərinin optimallaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bu istiqamətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən qurumun internet portalında "Vətəndaş qəbulu" modulu hazırlanaraq istifadəyə verilib. Yeni rəqəmsal həll vətəndaş qəbullarının qeydiyyatını, müraciətlərin nəticələrinin izlənilməsini və təhlilini vahid elektron mühitdə birləşdirir. Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır. Sistem vətəndaş məlumatlarının avtomatlaşdırılmış qaydada əldə edilməsinə, müraciətlərə aid sənədlərin elektron formada əlavə olunmasına və məlumatların təkrar daxil edilməsinin azaldılmasına imkan yaradır. Yeni modulun mühüm üstünlüklərindən biri müraciətlərin nəticələrinin sistemli şəkildə izlənilməsi və təhlilidir. Elektron sistemdə müraciətlərin statusları üzrə uçot aparılır, müxtəlif meyarlar əsasında axtarış və filtrasiya imkanları təqdim olunur. Eyni zamanda, rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir. Bu imkanlar vətəndaş müraciətlərinin əsas mövzularını, onların struktur bölmələr üzrə bölgüsünü və qəbulun nəticələrini operativ qiymətləndirməyə, mövcud problemləri müəyyənləşdirməyə və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna şərait yaradır. "Vətəndaş qəbulu" modulunun istifadəyə verilməsi Səhiyyə Nazirliyində daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması, vətəndaşlarla işin səmərəliliyinin artırılması, nəzarət və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm hissəsidir. Modulun tətbiqi ilə vətəndaş qəbulları üzrə məlumatların vahid elektron mühitdə idarə olunması və məlumatlara əsaslanan idarəetmə imkanlarının genişləndirilməsi təmin edilib.
{{gallery}}
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər