İdman
"Slaviya Praqa"nın baş məşqçisi: "Sabah"ın oyun üslubunu "Barselona"nın futboluna bənzədirəm"
"Sabah" çox yaxşı komandadır". Oxu.Az xəbər verir ki, bunu Çexiyanın "Slaviya Praqa" klubunun baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında deyib. Mütəxəssis Bakı klubunun qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirib və komandanın oyun üslubuna toxunub: "Futbolun gözəlliyi ondadır ki, hər klubun öz hekayəsi var. Düşünürəm ki, "Sabah"da çalışan insanlar öz işlərini çox yaxşı görürlər. Klub qısa müddətdə liqa mərhələsinə yüksəlməyi bacarıb. Bu, onlar üçün əla nəticədir. "Sabah" çox yaxşı komandadır. Onların oyun üslubunu "Barselona"nın futboluna bənzədirəm. "Sabah" 4-3-3 taktiki sxemi ilə oynayır və hücumda daha da yaxşılaşmağa çalışır". Qeyd edək ki, "Sabah" - "Slaviya" matçı oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər