Cəmiyyət
Bəzi ərazilərdə su olmayacaq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərazilərdə suyun verilişi dayandırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 12-si gecə saatlarından oktyabrın 13-ü gün ərzində paytaxtın Səbail rayonunun bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.
Mənbə
oxu.az