Siyasət
Deputat: "Hamı eyni formada məktəbə gələndə diqqət geyimə deyil, təhsilə yönəlir"
Nazirlər Kabineti məktəblilərin geyim forması ilə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, təhsilin dünyəvilik prinsipinə zidd olan, eləcə də vahid məktəbli formasının tələblərini pozan geyim elementlərindən istifadəyə yol verilməyəcək. Bəs yeni qərarın mahiyyəti nədən ibarətdir? Deputat Aqil Abbas mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, şagirdlər arasında geyimə görə fərq yaranmamalıdır: "Şagirdlər bir-birindən fərqlənməməlidirlər. Biri imkanlıdır, gözəl geyinib gəlir, digərinin isə imkanı yoxdur. Belə olduqda sosial bərabərsizlik yaranır. Dünyanın bir çox yerində belədir. Bizdə də insanları bir-birindən fərqləndirməmək, qısqandırmamaq üçün belə bir gözəl qanun qəbul edilib. Burada pis bir şey yoxdur. Müəllimlər də vahid forma geyinməlidirlər. Şagirdlər həssas olurlar, tez küsürlər. Baxırlar ki, kimsə daha yaxşı geyinib, özləri də bundan sıxılırlar. Ona görə vahid forma geyinsinlər. Bu, yaxşı bir işdir. Əsas məsələ uşaqlar arasında fərq qoyulmamasıdır. Hamı eyni formada məktəbə gələndə onların diqqəti geyimə deyil, təhsilə yönəlir".

Mənbə
oxu.az