Siyasət

İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto

12 Oct 2026, 13:25 1 baxış
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto
İranın dövlət televiziya və radio qurumunun (IRIB) Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında ölkəmizə qarşı saxta materiallardan istifadə olunmaqla qarayaxma kampaniya həyata keçirilib. Oxu.Az xəbər verir ki, kanal paylaşım edərək Türkiyənin Diyarbəkir şəhərində "azərbaycanlı hicablılara dəstək" üçün aksiya keçirildiyini iddia edib.
Kanal tərəfindən xəbərə müvafiq video da əlavə olunub. Lakin artıq "Sahar Azəri"nin qarayaxma kampaniyası ifşa olunub və görüntülərin Azərbaycanla heç bir əlaqəsinin olmadığı üzə çıxıb. Belə ki, oktyabrın 11-də həqiqətən də Diyarbəkirin Sur bölgəsində sözügedən kadrlar lentə alınıb. Ancaq burada söhbət heç bir aksiyadan getmir. "Niyet ettim Tesettüre, Emrin başım üstüne" adlı yürüş və tədbir ilk dəfə başını bağlayan qızlar üçün təşkil olunmuş bir tədbirdir. Mərasim çərçivəsində yürüş təşkil olunub və dini şüarlar səsləndirilib.

İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər