Siyasət
Kambocanın baş naziri Zəfər parkını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Bakıda Zəfər parkını ziyarət edib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Kamboca Krallığının baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Mənbə
oxu.az