Dünya

Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi

12 Oct 2026, 13:12 1 baxış
Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqlədi
Avropa İttifaqı (Aİ) müdafiə sahəsi ilə əlaqəli olan 1 600-ə yaxın fiziki şəxsi və şirkəti qara siyahıya daxil edərək, Rusiyaya qarşı yönəlmiş 22-ci sanksiyalar paketini təsdiqləyib. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib. "Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Rusiyanın hərbi-sənaye kompleksinə aidiyyəti olan təxminən 1 600 şirkət və fiziki şəxsin qara siyahıya salınmasını elə indicə təsdiq etdilər", - deyə K.Kallas "X" sosial şəbəkəsində paylaşım edib. Tətbiq edilən sanksiyalar Aİ-nin "Rəsmi Jurnal"ında tam siyahı dərc olunduqdan sonra qüvvəyə minəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər