Dünya

Yüzlərlə yaralı, minlərlə saxlanılan: Fransa etirazların növbəti dalğasına hazırlanır

12 Oct 2026, 12:38 3 baxış
Yüzlərlə yaralı, minlərlə saxlanılan: Fransa etirazların növbəti dalğasına hazırlanır
Fransada oktyabrın 13-də növbəti genişmiqyaslı tətil və kütləvi etirazlar keçiriləcək. Oxu.Az-ın xəbərinə görə, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat verib. Məlumata görə, bir çox təhsil işçiləri və ali təhsil müəssisələrinin əməkdaşlarının həmkarlar ittifaqları yuxarı sinif şagirdlərinin səfərbərliyini dəstəkləmək üçün tətil çağırışı edib. Etiraz nümayişlərinin oktyabrın 13-də yerli vaxtla saat 14:00-da başlanılması gözlənilir. Qeyd edək ki, fransalı şagirdlərin etirazları sentyabr ayından başlayıb. Məktəblilər həddən artıq yüklənmiş dərs cədvəllərinə, müəllim çatışmazlığına və təhsil sahəsindəki digər qüsurlara qarşı narazılıqlarını bildirirlər. Hakimiyyət orqanları minlərlə insanın saxlanıldığını və yüzlərlə yaralının olduğunu bildirirlər. Yuxarı sinif şagirdləri və universitet tələbələrinin tələbləri arasında universitetdə yerlərin sayının 250 000-dək artırılması, binaların təmiri və "Parcoursup" sistemi üzrə seçimlərin ləğv edilməsi var.
Mənbə oxu.az

Oxşar Xəbərlər