Kriminal
Dəhşətli qəza: KİA motosikletlə toqquşdu, 2 nəfər öldü
Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın Report-a istinadən məlumatına görə, qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KİA markalı minik avtomobili motosikletlə toqquşub.
Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə
axar.az