Kriminal
Masazırda ağır qəza: İki nəfər öldü - Foto
Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza yolun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili motosikletlə toqquşub. Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib. Hadisənin təfərrüatı araşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az