Digər

Oman sahillərində tankerə hücum: 2 dənizçi itkin düşdü

11 Oct 2026, 23:46 4 baxış
Oman sahillərində tankerə hücum: 2 dənizçi itkin düşdü

Omanın Sohar limanı yaxınlığında “MT Petro Dolphin” tankerinə pilotsuz uçuş aparatı ilə hücum edilib. Hadisə nəticəsində iki hindistanlı dənizçi itkin düşüb, doqquz nəfər isə xilas edilib.


Axar.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval məlumat yayıb.


Nazirin sözlərinə görə, hücum zamanı gəminin göyərtəsində ümumilikdə 11 nəfər olub:


“Hazırda iki Hindistan vətəndaşı itkin düşmüş hesab olunur”.


O qeyd edib ki, Oman Sahil Mühafizəsi Xidməti itkin düşən dənizçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatı həyata keçirir.


“İtkin düşən dənizçilərin axtarışına kömək göstərmək məqsədilə müvafiq qurumlarla fəaliyyətimizi əlaqələndiririk”, – nazir vurğulayıb.


Sonoval tankerin hansı ölkənin bayrağı altında üzdüyünü açıqlamayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər