Digər
İsrail HƏMAS-ın obyektlərinə zərbələr endirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS hərəkatının bir neçə obyektinə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"HƏMAS-ın hərbi obyektləri, o cümlədən komanda məntəqəsi, raket qurğusu və üç silah anbarı məhv edilib", - bəyanatda deyilir.
İsrail ordusu iddia edir ki, zərbələr endirilməzdən əvvəl yerli sakinlər gözlənilən hücumlar barədə xəbərdar ediliblər.
Məlumata görə, dinc əhaliyə zərər vurma riskini azaltmaq üçün yüksək dəqiqlikli sursatlar və hava müşahidəsi vasitələri tətbiq olunub.
Mənbə
axar.az