Cəmiyyət
Biləsuvarda zəncirvari qəza: Ölən və yaralananlar var - Foto
Biləsuvar rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hazırda ölən və xəsarət alan şəxslərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az