Dünya

Azərbaycana qarşı saxta xəbərlər yayan "Telegram" kanalının təsisçisi Monteneqrodan deport edildi

11 Oct 2026, 14:48 2 baxış
Azərbaycana qarşı saxta xəbərlər yayan "Telegram" kanalının təsisçisi Monteneqrodan deport edildi
Daha əvvəl Monteneqroda saxlanılan "Rybar" layihəsinin təsisçisi Mixail Zvinçuk həyat yoldaşı ilə birlikdə Rusiyaya qayıdıb. Oxu.Az xəbər verir ki, Zvinçukun hava limanında çəkilmiş görüntülərini "Zvezda" telekanalı yayımlayıb. Xatırladaq ki, Monteneqronun hüquq-mühafizə orqanları oktyabrın 9-da Böyük Britaniyanın sanksiyalar siyahısında yer alan Zvinçuku və onun bir neçə həmkarını saxlayıblar. Yerli KİV-in məlumatına görə, Monteneqronun xüsusi xidmət orqanları "Rybar" komandasının ölkəyə gəldiyi barədə məlumat əldə etdikdən sonra bir neçə gün ərzində onların yerini izləyiblər. Daha sonra ölkənin Milli Təhlükəsizlik Agentliyi və Polis İdarəsi Zvinçukun və onu müşayiət edən dörd nəfərin milli təhlükəsizlik üçün təhdid hesab edildiyini açıqlayıb. Bu səbəbdən onların ölkə ərazisindən deportasiya edildiyi bildirilib. Qeyd edək ki, 1.5 milyon izləyicisi olan "Telegram" kanalının - "Rybar"ın təsisçisi bloqer Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyalarında iştirak edən şəxslərdən biri kimi təqdim olunur. Azərbaycan əleyhinə materiallara həm Zvinçukun idarə etdiyi "Rybar" şəbəkəsində, həm də anti-Azərbaycan mövqeyi ilə tanınan "Sarqrad" kanalında rast gəlmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər