Digər

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

11 Oct 2026, 15:19 2 baxış
Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiyadan dizel yanacağı almaq barədə "nəhəng" bir saziş elan etdi. Bu sövdələşmə sıravi amerikalılara demək olar ki, heç bir fayda gətirməyəcək və dizel yanacağı qiymətlərinin aşağı düşməsinə səbəb olmayacaq.


Axar.az xəbər verir ki, bu barədə “Atlantik” nəşri bildirib.


“Vladimir Putin üçün bu sövdələşmə potensial bir xilas vasitəsidir. Müharibədən əziyyət çəkən Ukrayna üçün isə bu, Tramp tərəfindən indiyədək törədilmiş ən dəhşətli və amansız xəyanət deməkdir. Trampın yaxın ətrafı üçün isə həmin sövdələşmə milyardlarla dollar həcmində korrupsiya imkanları vəd edir, - nəşr bildirib.


Qeyd olunub ki, ABŞ prezidentinin reytinqi kəskin şəkildə düşür və ona seçki ərəfəsində həyata keçiriləcək, həqiqətən də işə yaraya biləcək son bir gediş lazımdır:


“Buna görə də o, Rusiya enerji infrastrukturuna endirilən zərbələri Respublikaçıların aralıq seçkilərlə bağlı ümidləri üçün təhdid kimi qiymətləndirir”.

Mənbə axar.az

Oxşar Xəbərlər