İdman

"Real Madrid" "Vilyarreal"ı minimal hesabla məğlub etdi - Video

11 Oct 2026, 01:06 3 baxış
"Real Madrid" "Vilyarreal"ı minimal hesabla məğlub etdi - Video
İspaniya La Liqasının 8-ci turunda "Real Madrid" doğma meydanda "Vilyarreal"ı 1:0 hesabı ilə məğlub edib. Oxu.Az xəbər verir ki, oyun "Santyaqo Bernabeu" stadionunda keçirilib. Görüşdə yeganə qolu 62-ci dəqiqədə yarımmüdafiəçi Yan Diomande vurub. Bu, futbolçunun Madrid klubunun heyətində ilk qolu olub.

Matçın 74-cü dəqiqəsində "Real"ın vingeri Vinisius Junior rəqib futbolçunun saçından tutduğuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Səkkiz oyundan sonra 18 xal toplayan "Real" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Vilyarreal" isə 8 xalla 13-cü yerdədir. Növbəti turda "Vilyarreal" oktyabrın 17-də doğma meydanda "Elçe" ilə, "Real" isə oktyabrın 18-də "Sevilya" ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər