Digər

Yer kürəsində ən güclü maqnit qasırğası oldu

11 Oct 2026, 01:02 2 baxış
Yer kürəsində ən güclü maqnit qasırğası oldu

Oktyabrın 10-da axşam saatlarında Yer kürəsində başlayan maqnit qasırğası iyul ayından bəri qeydə alınan ən güclü geomaqnit hadisəsi olub.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Sibir Bölməsinin Günəş-Yer Fizika İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.


“Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası baş verir. Sonuncu dəfə buna bənzər gücdə maqnit qasırğası 2026-cı il iyulun 4-də müşahidə olunub”, – deyə məlumatda bildirilib.


Alimlərin sözlərinə görə, geomaqnit pozuntularına həftənin əvvəlində Günəşdə baş verən güclü aktivlik nəticəsində kosmosa atılan plazma buludlarının Yerə çatması səbəb olub.


Hazırda maqnit qasırğasının intensivliyi G3 səviyyəsində qiymətləndirilir. Bu, güclü geomaqnit qasırğası kateqoriyasına daxildir.

Mənbə axar.az

Oxşar Xəbərlər