İdman

"Çelsi" "Bornmut"u darmadağın etdi - Video

10 Oct 2026, 20:06 3 baxış
"Çelsi" "Bornmut"u darmadağın etdi - Video
İngiltərə Premyer Liqasının VI turunda "Çelsi" doğma meydanda "Bornmut"a 5:1 hesabı ilə qalib gəlib. Oxu.Az xəbər verir ki, qarşılaşmad"Stemford Bric" stadionunda keçirilib. London təmsilçisinin heyətində Cordan Henderson 2-ci və 70-ci dəqiqələrdə, Morqan Rocers 3-cü dəqiqədə, Joau Pedru isə 46-cı və 67-ci dəqiqələrdə fərqləniblər. Qonaqların yeganə qolunu 51-ci dəqiqədə Evanilson vurub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Çelsi" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Üç xalı olan "Bornmut" isə 17-ci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər