Cəmiyyət
Masazırda 4 avtomobil külə döndü - Video
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə "Yeni Bakı" yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar: "Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən BAIC markalı minik avtomobilinin arxa işığı qismən əriyib". Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Bu barədə görüntülər Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) daxil olub.
Qeyd olunub ki, hadisə "Yeni Bakı" yaşayış massivində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

Mənbə
oxu.az